Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 18:00
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) seçkilərlə bağlı yekun bəyanatı apreldə veriləcək.
Sonxeber.net bildirir ki, bunu Trend-ə AŞ PA-nın müşahidə missiyasının üzvü, qurumun Azərbaycan üzrə Monitorinq komitəsinin həmməruzəçisi Stefan Şennak deyib.
O bildirib ki, qısamüddətli müşahidəçilər sırasında fəaliyyət göstərir:
"İki həftə əvvəl isə burada seçkiqabağı vəziyyəti müşahidə edən AŞ PA missiyası olub. Biz Şamaxıya getmək istədik, amma hava şəraiti ilə əlaqədar bu, mümkün olmadı. Biz seçkiləri müxtəlif yerlərdə müşahidə edirik: Nardaranda olduq, Sumqayıta gedirik, ondan sonra isə başqa məntəqələrdə olacağıq. Kəskin hava şəraiti ilə əlaqədar səhər elə də çox seçici yox idi, amma günortaya yaxın onların sayı artmağa başladı. Hazırda seçki məntəqələrində çoxlu seçici müşahidə olunur".
S.Şennak qeyd edib ki, sabah günün ikinci yarısında ATƏT və AŞ PA müşahidəçilərinin mətbuat konfransı keçiriləcək və ilkin bəyanat veriləcək:
"AŞ PA-nın yekun bəyanatı isə apreldə olacaq".
Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.
Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.