Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 14:24
"Səbail" klubu baxışa yeni futbolçu çağırıb.
Bu barədə komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. Mütəxəssisin sözlərinə görə, bir müddətdir Bakıda olan Konqo Demokratik Respublikası yığmasının yarımmüdafiəçisi Çikito Lema Mabidi bu gün "dənizçilər"lə ilk məşqinə çıxacaq:
"Mabidi birbaşa müqaviləyə yox, baxışa gəlib. Bu gün komanda ilə birlikdə ilk məşqinə çıxacaq. Futbolçu ilə bağlı qərar verməyə tələsmirəm. Özünü yaxşı tərəfdən göstərə bilsə, onunla müqavilə imzalanacaq".
Qeyd edək ki, son olaraq Mərakeşin "Raca Kasablanka" klubunda çıxış edən 26 yaşlı yarımmüdafiəçi bu komandada 91 oyuna 7 qol vurub. Afrikalı futbolçu karyerası ərzində ölkəsində "AS Vita Klub" və Tunisdə "Sfaksien" klublarının formasını geyinib. 2011-ci ildən Konqo millisinə dəvət alan Mabidi yığmada 23 oyun keçirib.(Report.az)