Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 14:51
Maldiv Seçki Komissiyası Azərbaycanda keçirilən parlament seçkilərində apardığı müşahidənin nəticələrini açıqlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Maldiv Seçki Komissiyasının üzvü Fuwod Thowfock deyib ki, seçicilər hər hansı narahatlıq olmadan öz səslərini veriblər: "Müşahidə missiyasının müşahidələri ölkənin paytaxtı Bakı şəhəri ilə məhdudlaşıb:
"9 fərqli ünvanda və ümumilikdə 11 seçki məntəqəsində müşahidələr aparmışıq. Biz səslərin sayılması prosesində də iştirak etmişik. Həmçinin müşahidə apardığımız seçki məntəqələrində seçki prosesinin tamamilə başa çatmasını müşahidə etmişik. Ümumilikdə seçki prosesi çox axıcı keçmişdi. Havaa şəraitinin soyuq olmsı seçici fəallığına təsir göstərirdi. Amma buna baxmayaraq, seçkilərdə insanların iştirakı kifayət qədər yaxşı idi".
Fuwod Thowfock qeyd edib ki, seçki məntəqələrini həm daxildən, həm də xaricdən müşahidə ediblər:
"Kənardan heç bir şəxsin seçicilərlə təmas qurmağa çalışmasına şahid olmadıq.
Biz həmçinin rəsmi şəxslərlə də ünsiyyətdə olmuşuq. Bu zamanda istər yerli müşahidəçilər, istərsə də kmissiya üzvləri seçki prosesinin axıcı, rəvan olması üçün çalışırdılar. Bizim olduğumuz hər bir seçki məntəqəsində ən azı 1 nəfər təcüməçi var idi. Həmin insanlar bizim qarşı tərəflə ünsiyyət qurmamıza köməklik göstəriblər. Seçki prosesində iştirak edən şəxslər beynəlxalq müşahidəçilərin burada iştirakını yüksək qiymətləndirirdilər, və bizi gülərüzlə qarşılayırdılar".
Fuwod Thowfock nəzərə çatdırıb ki, Azərbaycan MSK seçkilərlə bağlı yüksək təşkilatçılığı və yaxşı hazırlığıl ilə seçilirdi:
"Biz bağlanış zamanı 23 saylı seçki dairəsinin 22 saylı məntəqəsində olduq. Xüsusilə qeyd edim ki, 19:00-da prosesi tamamilə dayandırılmışdı. Artıq heç kimseçki məntəqəsinə daxil ola bilmirdi". Bu çox müsbət haldır".