Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 19:30
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.
Qol.az xəbər verir ki, yığmamız Danimarkanın "Hellerup" klubu ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb. U-17-nin heyətində Firəddin Abdullayev və Nicat Quliyev fərqlənib.
Qeyd edək ki, millimiz bundan əvvəlki yoxlama görüşündə Tacikistanın müvafiq yaş qrupuna aid komandası ilə heç-heçə edib - 1:1.