Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Döyülən qadını qurtaran 20 yaşlı “qatil”... - FOTOlar

Döyülən qadını qurtaran 20 yaşlı “qatil”... - FOTOlar

Tarix: 10 Fevral 2020 20:10

Türkiyənin Konya şəhərində 20 yaşlı Kadir Şəkər adlı abituriyent parkda sevgilisini döyən adamın qarşısını almağa çalışarkən qatil olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Kovosa məhəlləsi adlanan yerdə 32 yaşlı Özgür Duranın sevgilisini döydüyünü görən Kadir ona kömək etmək istəyib. Lakin Ö.Duran ona da hücum edib. Kadir isə qaçmağa başlayıb. Gənci bir müddət qovan Ö.Duran sonra onu yerə yıxaraq boğazından yapışıb.

Dava zamanı Kadir çantasından çıxardığı meyvə bıçağı ilə özünü qorumaq istəyib. Lakin bıçaq ona hücum edən şəxsin ürəyinə sancılıb. Boynundan və əlindən yara alan Kadir panikaya düşüb və hadisə yerindən qaçaraq uzaqlaşıb. Qan içində qalan Özgür isə aparıldığı xəstəxanada həyatını itirib.

Kadir polisə verdiyi ifadədə məqsədinin döyülən qadını qurtmarmaq olduğunu bildirib. Ölən şəxsin sevgilisi 35 yaşlı Ayşe Dırla da gəncin ifadəsini təsdiqləyib. Ö.Duranın isə narkotik maddə ticarəti, yaralama, yağmalama və oğurluqla bağlı 19 cinayət işinin olduğu ortaya çıxıb.

Kadir Şəkərin atası Cengiz Şəkər oğlunun universitetə hazırlaşdığını, həkim olmaq istədiyini söyləyib:

"Tibb fakultəsini qazanmaq üçün çalışırdı. Amma başımıza belə bir hadisə gəldi".

Hadisə sosial medianın da gündəmində yer alıb. Türkiyəli məşhurlar da məsələyə səssiz qalmayıb.

Müğənni Zülfü Livaneli:

"Kadir Şəkər tanımadığı bir qadını tanımadığı bir kişinin əlindən qurtararkən necə olur ki, cinayətdə günahlandırılır? Gerçək bir qəhrəmandır".

Müğənni Gülben Ergen:

"Qanunun qoruya bilmədiyi bir qadını qorumaq üçün mübarizə aparan ürəkli qardaşım, sağ ol, var ol. Biz səni qoruya bilməsək, vay halımıza..."

Müğənni Hande Yener:

"Kadir Şəkər həbs edilməsin! Kadir üçün ədalət"

Model və aktrisa Didem Soydan:

"Qəsdən adam öldürmədi. Bir qadını qorumağa çalışdı. Bir şey etməliyik. Kadirlər yanmasın".

Milli.Az


Etiketlər:  Döyülən qadını qurtaran yaşlı qatil FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ