Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 09:36
Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Boqdan istefa verib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə "Ukrainskaya pravda" nəşrinə mənbələr bildirib.
Nəşrin məlumatına əsasən, A.Boqdan fevralın 10-u prezident Vladimir Zelenski ilə öz istefasını müzakirə edib.
Bildirilir ki, prezident ofisinin rəhbəri öz istefasını, həmçinin müavinləri ilə də müzakirə edib.
Onun istefa verməsinin səbəbi barədə məlumat verilmir.