Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 10:26
"Yuventus" baş məşqçisi Mauritsio Sarri ilə yollarını ayıra bilər.
Sonxeber.net sportal.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi komandanın son matçlardakı uğursuz nəticələrindən narazı qalıb. Klub prezidenti Andrea Anyellinin italiyalı mütəxəssislə əməkdaşlığa davam etmək istəmədiyi iddia edilir.
A Seriysının 23-cü turunda "Verona"ya 1:2 hesabı ilə uduzan "Yuventus" liderliyi əldən verib. Turin təmsilçisi 53 xalla 2-cidir. Eyni xala malik "İnter" liderliyə yüksəlib.