Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koreya ilə statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib

Koreya ilə statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib

Tarix: 11 Fevral 2020 18:21

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu 2019-cu il dekabrın 11-də Bakı şəhərində imzalanıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Koreya Respublikası Hökumətinə bildiriş göndərsin.


Etiketlər:  Koreya ilə statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ