Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mançester Yunayted" Aleksis Sançesi transferə çıxarır

Tarix: 11 Fevral 2020 18:50

"Mançester Yunayted" yayda Aleksis Sançesi transferə çıxarmağı planlaşdırır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, MY artıq potensial alıcıların axtarışına başlayıb. Sançesin icarədən qayıtmasını gözləyəcəyini deyən baş məşqçi Ole-Qunnar Sulşerə baxmayaraq, rəhbərlik transferdə maraqlıdı.

Sançesin "qırmızı şeytanlar"la olan müqaviləsi 2022-ci ildə başa çatır.

"Mançester Yunayted" və "İnter" arasındakı anlaşmaya əsasən, ikincilər mövsümün sonunda çilili futbolçunun satınalma opsiyasını aktivləşdirə bilməz.

Zədə səbəbindən üç ay müddətinə sıradan çıxan Sançes cari mövsümdə "İnter" forması ilə 383 dəqiqə meydanda olub və 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az


Etiketlər:  Mançester Yunayted Aleksis Sançesi transferə çıxarır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ