Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 22:36
Məşhur rusiyalı cərrah Fyodor Uqlov 103 il yaşayıb, Ginnesin rekordlar kitabına ən uzun illər cərrahlıq edən həkim kimi düşüb. O, 100 yaşına kim əməliyyatlara girirdi.
Professor özünün yazdığı "100 yaşlı cərrahdan məsləhətlər" kitabında insanlarda ağır, çətin xəstəliklərə səbəb olan faktorları açıqlayıb.
Sonxeber.net medicina.az-a istinadən məşhur professorun fikirlərini təqdim edir:
"Çoxsaylı xroniki və ağır xəstəliklərə səbəb birinci növbədə əsəb gərginliyi, yüklənmə, mənfi psixoloji qıcıqlandırıcı amillər, dərin psixoemosional stresdir.
Bu təsirlərin orqanizmi necə çökdürməsi dildə deyildiyi qədər asan deyil. Bunlar insanın ömrünü ciddi mənada qısaldır.
Uzun illər davam edəm mənfi, xoş olmayan emosiyaları yaşayan insan ən məhsuldar, yaradıcı yaş dövründə əlil olacaq dərəcədə xəstələnir və ya qəfil ölür.
Ürək stresə dözmür
Emosional gərginlikdən ürək çox əziyyət çəkir.
Aclıq, xəstəlikdən, soyuqdan, imkansızlıqdan qorxu, təbiət fəlakətləri qarşısında qorxu, müharibələr, düşmənin olması və onunla mübarizə, sevgi, ailə dramı, rəqiblər, işdə mübarizə insanı daim psixi gərginlikdə saxlayır və onu uçurumun kənarına itələyir.
Qədimdə və orta əsrlərdə insan təhlükə və psixi gərginlik vaxtı beynin hərəkətə keç, vur qaç əmrinə əməl edirdi: vururdu, yıxırdı, döyüşürdü, qaçırdı, ova çıxırdı, yeməyi üçün bacardığı qədər təbiətlə çarpışıb nəsə əldə edirdi. Bu zaman psixi gərginlik azalır, qana sıçrayan adrenalin təyinatı üzrə sərf olunur, nəsə əldə etdikdən sonra qana xoşbəxtlik hormonları sıçrayır, beyin və ürək həzz anını yaşayırdı.
Bizim dövrümüzdə isə insan istədiyi vaxt vurub qaça bilmir, o dar çərçivədədir. Onda daha çox tormozlanma, özünü ələ al sistemi yandırılıb.
İstənilən ağır şəraitdə, dözülməz həddə sakit ol, hislərini cilovla və probleminin üzünə gül.
Belə adam üçün tərbiyəli, mədəni, müasir, iradəli, əxlaqlı adam deyib tərifləyirlər.
Əlbəttə bütün bunlar çox gözəldir, amma belə olan halda təbiətin və orqanizmin tələbi pozulur və bütün yükü ürək və əsəb sistemi üzərinə götürür.
Sinir və ürəyin isə bir ehtiyat norması var, bu ehtiyat tükənəndə o mədəni, sakit adam ya dəli olur, ya da ürək xəstəsi.
Orqanizmdə elə bir yer yoxdur ki, sinirlərdən asılı olmasın
Bədənimizdə, orqanizmdə elə bir kiçik belə sahə yoxdur ki, sinir sistemindən uzaq və müstəqil şəkildə fəaliyyət göstərsin. Hər bir orqanda sinir kökləri və ucları var. Gərginlik, stress, qorxu bütünlükdə orqanlara təsir göstərir. Necə ki, yanıq, zəhərlənmə, qəza, yara, infeksiya hər hansı toxumanı, orqanı zədələyir, eləcə də sinir, əsəb gərginliyi təsir edir.
Əgər insanın bir yeri yanıq xəsarəti alarsa, bütün sistem və orqanlar gücünü səfərbər edib o hissəni bərpa etməyə, bu xarici qıcıqlandırıcı faktoru tezliklə aradan qaldırmaq üçün çalışır. Bu orqanizmi dərin depressiyaya salır.
Bu zaman hormonlar, ürək-damar, qan, sinirlər fövqəladə rejimdə çalışır: böyrəküstü vəzilər daha çox adrenalini qana qovur, o da damarlarda güclü spazm yaradır, nəticədə ürək ikiqat güclü işləyir. Ağciyərlər, qaraciyər, bütün vəzilər energetic resurslarını sürətlə tükədir.
Bu ildə bir neçə dəfə təkrar olunsa, energetic resurs tükənir, orqanizm yorulur və müqavimət qabiliyyəti düşür, nəticədə xəstəliklər insanı ağuşuna alır.
Stres və əsəb belə sistemdə, rejimdə təsir edir. İnsanın bir orqanının yaralanması, yanması ilə bir neçə müddət əsəb keçirməsi arasında fərq yoxdur. Eyni dərəcədə orqanizmi tükədir.
Professorun gəldiyi nəticə:
Streslə ağır xəstəliklər sıx əlaqədardır. İnsanın psixoloji, emosional durumu onun sağlamlıq göstəricilərini təyin edir. Stress və qanda artan adrenalini bir yolla bədəndən çıxarmaq lazımdır.
Əgər bir insan səhər tezdən oyanandan işə getdiyi yol boyu artıq gün ərzində yaşayacağı və qarşılaşağı mənfi şeyləri fikirləşirsə və narahatdırsa, artıq onun ürəyi fövqəladə rejimdə sıxılmağa başlayacaq.
Çixış yolu: gün ərzində 1 dəfə qaçış, gərgin idman məşqi və stresi çıxaran hər hansı metodu seçib, onu həyata keçirin.