Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 08:22
Yeni koronavirusa qarşı ilk peyvənd nümunələri bir il yarım ərzində hazır ola bilər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru d-r Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən konfransda deyib.
Fevralın 11-də Cenevrədə yeni koronavirusla mübarizə tədbirlərini hazırlamaq üçün iki günlük qlobal forum işə başlayıb. Konfransda dünyanın 400-ə yaxın mütəxəssisi iştirak edir. Forumun əsas məqsədi yeni koronavirus haqqında biliklərin boşluqlarını müəyyən etmək və müalicə metodlarının araşdırmalarında beynəlxalq səyləri gücləndirməkdir.
D-r Qebreyesusun sözlərinə görə, bu forumun "bütün suallara cavab verəcəyi" gözlənilmir. Bununla birlikdə, müzakirələrin əsas nəticəsi "ictimai səhiyyə prioritetlərini dəqiq şəkildə anlamaqla" koronavirusla mübarizəyə investisiya ayrılmalarını mümkün edən "tədqiqat yol xəritəsi" olmalıdır. ÜST-nin baş direktoru təşkilatın donorların fevral - aprel aylarında koronavirusla mübarizə üçün 675 milyon dollar ayırmaq çağırışını xatırladaraq, vəsaitin yalnız gələcək üçün deyil, həm də artıq yaranan problemlərin həlli üçün lazım olduğunu vurğulayıb.