Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 17:32
Rumıniyalı məşqçi Mirça Luçesku yenidən "Beşiktaş"da çalışacaq.
Qol.az xəbər verir ki, 74 yaşlı mütəxəssis İstanbul klubunda məsləhətçi vəzifəsini icarə edəcək. O, Türkiyə mətbuatına açıqlamasında məlumatı təsdiq edib:
"Bəli, futbola qayıdıram. "Beşiktaş"da məsləhətçi kimi faydalarımı verəcəm. Prezident Ahmet Nur Çebi ilə danışdım. Onunla İstanbulda görüşəcəm. Daha sonra hər şeydən xəbərdar olacaqsınız".
Qeyd edək ki, Luçesku 2002-2004-cü illərdə "Beşiktaş"ın baş məşqçisi olub. O, son olaraq, Türkiyə yığmasını çalışdırıb.