Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 19:10
Sinqapurda "DBS Asia" bankının mərkəzi ofisinin 300 əməkdaşı təxliyə olunub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, buna əməkdaşlardan birinin koronavirusa yoluxması səbəb olub.
Qeyd olunur ki, bununla əlaqədar olaraq "Marina Bay" biznes mərkəzinin 43-cü mərtəbəsində işləyən əməkdaşlar evə göndərilib. Həmin mərtəbə isə dezinfeksiya edilib.
Binanın digər mərtəbələrində işləyənlərə təxliyə tapşırığı verilməyib.
Koronavirusa yoluxan əməkdaş karantinə alınıb.