Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə əhalinin sayı 100 milyon nəfəri ötüb

Bu ölkədə əhalinin sayı 100 milyon nəfəri ötüb

Tarix: 12 Fevral 2020 21:18

Misirin İctimai Səfərbərlik və Statistika Agentliyinin məlumatına görə, bu ölkədə əhalinin sayı 100 milyon nəfəri ötüb. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, agentliyin keçirdiyi mətbuat konfransında son illər əhalinin artım tempinin dünyada ən yüksək səviyyədə olduğu bildirilib.

Qeyd olunub ki, Misirdə son 150 il ərzində əhalinin sayı 91 milyon nəfərdən çox artıb. Belə ki, 1897-ci ildə bu ölkənin əhalisi cəmi 9,7 milyon nəfər olub. İndi isə təkcə Qahirə qubernatorluğu əhalisinin sayı (9,924 milyon nəfər) bundan çoxdur. Ona bitişik Giza vilayətinin əhalisi 9,75 milyon, Şərqiyyə isə 7,536 milyon nəfərdir.

Statistik məlumatlara xarici ölkələrdə yaşayan 13 milyon misirli daxil edilməyib.

BMT əhalinin siyahıyaalınması üçün Misir hökumətinə maliyyə yardımı ayırıb.


Etiketlər:  ölkədə əhalinin sayı milyon nəfəri ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ