Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 12:50
74 saylı Lənkəran Kənd Seçki Dairəsi bu dairədə Milli Məclisə seçkilərin nəticələrinin ləğv olunması ilə bağlı xəbərlərə münasibət bildirib.
Sonxeber.net xəbər verir ki, Lənkəran Kənd Seçki Dairəsinin sədri Əlövsət Quliyev oxu.az-a açıqlamasında yayılan məlumatları təkzib edib.
Onun sözlərinə görə, müvafiq dairə üzrə qanun pozuntuları aşkarlanmayıb.
"Kimsə seçilmir, qalib gələnə iftira atmağa başlayır. Belə şeylər həmişə olur",- Ə.Quliyev əlavə edib.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar açıqladığı ilkin nəticələrə görə, 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin lider namizədi Hadi Rəcəblidir.