Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 14:56
Çinin "Qinqdao Huanqay" klubunda forma geyinən Yaya Ture karyerasını Paraqvayda davam etdirə bilər.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ilə "Libertad" klubu yaxından maraqlanır.
Paraqvay təmsilçisinin Tureyə rəsmi təklif göndərdiyi və müsbət cavab aldığı bildirilir. Yarımmüdafiəçi yaxın zamanda "Libertad"la rəsmi müqavilə imzalayacaq.
Turenin Çindən ayrılmasına səbəb, ölkədə yayılan koronavirusla bağlı çempionatların dayandırılmasıdır.
Qeyd edək ki, Ture karyerası ərzində "Monako", "Barselona", "Mançester Siti" kimi klublarda forma geyinib.