Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 12:54
"Nazpəri xanım, ürəyiniz boşdur, yoxsa doludur?"
Sonxeber.net xəbər verir ki, bu sualı Tarix Əliyev (Tolik) "Hər şey daxil"də qonağı olan Xalq artistinə ünvanlayıb.
Xanım sənətçi "Mənim ürəyim hər zaman doludur, sevgi ilə doludur" cavabı ilə diqqət çəkib.
Aparıcı Tolik efirdə Nazpəri xanım üçün göndərilən gül dəstəsinin studiyaya gətirilməsini xahiş edib:
"Mənə dünən gül salonundan zəng gəldi. Mən verilişimdə yalandan nəsə eləməyi xoşlamıram. Çünki süni alınır. Zəng vurub dedilər ki, sabah bizim vaxtımız yoxdur, bir şey var gəl onu apar. Sabah efirdə Nazpəri xanıma verməlisən. O axşamdan mənim maşınımdadır. Bu güldür. Nazpəri xanım üçün bir gül gəlib. Bunu gül salonu göndərməyib. Gülü bir adam göndərib, amma adını da deməyib. Burada bir məktub var. Oxuyuram: "Səni ulduzlara oxşadıram. Onlar qədər etkiləyici, cəlbedici və gözəlsən. Amma aranızda bir tək fərq var - Onlar milyonlarla, sən isə bir dənəsən. Sevirəm səni, Nazlı Pərim".
Nazlı Pərim sözünü sizə kim deyir?".
Tolikin son sualına Xalq artisti "Vallah bilmirəm. Sevgi qarşılıqlıdır" cavabını verib. Aparıcı "Nazpəri xanım, düzünü deyin, bu gün bundan öncə gecə hədiyyə almısınız?" sualı ilə sənətçini yenə şəxsi həyatı ilə bağlı açıqlama etməyə məcbur edib. Nazpəri xanım "Yox! Hər il ayın 23-ü ad günümdürsə, artıq 22-si alırdım hədiyyəni. Hər il sevgililər günündən də bir gün qabaq hədiyyə almışam, bu il almadım. Bunu göndərən kimdir bilmirəm, Allah bəndəsidir. Kim olur olsun, çox sağolsun" etirafı ilə diqqət çəkib.
Aparıcının xalq artistinə ünvanladığı "Ürəyinizin açarı kimdədir?" sualına Nazpəri Dostəliyevanın cavabı bu dəfə daha fərqli olub:
"Mənim ürəyimin açarı ürəkdədir".
Məhəmməd Vaqif