Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 13:55
"Əvvəl senzura var idi, bayağı mahnılar, ara müğənniləri efirə buraxılmırdı. Efirə sanballı ifaçılar çıxırdı".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elçin Cəfərov "Şou ATV" proqramında söyləyib. Bayağı mahnılardan danışan ifaçı onların aktual olmasında sosial şəbəkələri günahlandırıb.
Elçin bildirib ki, hazırda məşhur olmaq üçün ara müğənnilərinə efirə çıxmaq vacib deyil:
"İndi bunun qarşısını almaq mümkün deyil. Çünki "Youtube", İnstaqram və Facebook var, onlar özlərini reklam edirlər. Belə müğənnilər özləri də efirə ehtiyac duymurlar".