Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 16:50
"Milan" İtaliya kubokunun yarımfinalında "Yuventus"la oyuna ciddi itki ilə çıxacaq.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, komandanın lideri Zlatan İbrahimoviç bu vacib matçı buraxacaq. İsveçli hücumçu ötən gün keçirilən ilk görüşdə (1:1) sarı vərəqə alaraq cəzalı duruma düşüb. O, ilk sarı vərəqəsini 1/4 finalda "Torino" ilə görüşdə almışdı.
Həmçinin, dünənki matçda qırmızı vərəqə alan Teo Hernandes də "Yuventus"la oyunda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Milan"la "Yuventus" arasında cavab matçı martın 4-də Turində keçiriləcək.