Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Göyçayda 2 nəfər itkin düşüb - FOTO

Göyçayda 2 nəfər itkin düşüb - FOTO

Tarix: 14 Fevral 2020 17:30

Göyçayda 23 yaşlı gənc itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Göyçay rayonu Potu kənd sakini, 1997-ci il təvəllüdlü Ramiz Hacıyev yanvarın 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində cins şalvar, qırmızı köynək və qara rəngli gödəkçə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" xidmətinə, həmçinin Göyçay Rayon Polis Şöbəsinə 020-274-42-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

46 yaşlı daha bir Göyçay sakini də axtarılır.

Şəhər sakini, 1974-cü il təvəllüdlü Tərlan İsgəndərov fevralın 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində tünd yaşıl rəngli gödəkçə, cins şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Göyçay Rayon Polis Şöbəsinə 020-274-42-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Milli.Az


Etiketlər:  Göyçayda 2 nəfər itkin düşüb FOTO


RƏYLƏR