Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda nənə öldü, onunla yaşayan əqli qüsurlu nəvələri üç gün xəbər tutmadı

Bakıda nənə öldü, onunla yaşayan əqli qüsurlu nəvələri üç gün xəbər tutmadı

Tarix: 14 Fevral 2020 20:24

Bakıda evdən meyit tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Rayon sakini, 1930-cu il təvəllüdlü Kərimova Balaxanım Əmir qızının meyiti evində aşkar edilib. 

Araşdırmalar zamanı B.Kərimovanın üç gün əvvəl öldüyü müəyyənləşdirilib. Belə ki, qadın evdə nəvələri ilə birgə yaşayıb.

Əqli qüsuru olan uşaqlar nənələrinin öldüyünü bilməyiblər. Evdən gələn kəskin qoxudan şübhələnən qonşular mənzilə daxil olduqda qadının meyitini aşkar ediblər. 

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda nənə öldü onunla yaşayan əqli qüsurlu nəvələri üç gün xəbər tutmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ