Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 21:14
Ermənistan Baş naziri Nikol Paşinyan işğal faktını etiraf edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki,o, bununla bağlı Münhen Təhlükəsizlik Konfransında iştirak üçün səfər etdiyi Almaniyada danışıb.
Konfrans çərçivəsində keçirilən görüşün iştirakçısı Gülnar Qurbanova Paşinyana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sual verib. O bildirib ki, Ermənistan tərəfindən işğal olunan Cəbrayıl rayonunda doğulub və hələ də doğma torpaqlarına geri qayıda bilmir.
Bu suala cavab verən N.Paşinyan etiraf etməli olub: "Bəli, biz Cəbrayıl rayonunu işğal etmişik".
Ancaq o, işğal olunmuş ərazilərdən olan məcburi köçkünlər və qaçqınların öz doğma torpaqlarına nə vaxt və necə qayıda biləcəkləri barədə sualı cavabsız qoyub.
Nikol Paşinyan münaqişənin həlli prosesindən danışarkən daha bir etiraf edib. O deyib ki, konstruktiv addımlar atmaqdan çəkinir, çünki bu, onun Ermənistanda hakimiyyəti itirməsinə səbəb ola bilər.