Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 21:52
Arktikada buz örtüyü son 20 ildir ki, sürətlə əriyir. Şimal dəniz yolu sularındakı buzlar isə 2035-2040-cı illərdə tamamilə əriyə bilər.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Norveçdə keçirilən Beynəlxalq Kirkenes konfransında Finlandiyanın Baş Nazirinin müavini Nina Vaskunlahti deyib. Onun sözlərinə görə, buzların əriməsi şimalda nəqliyyatın sayını artıracaq. Bunun nəticəsində isə mazut iqlim üçün təhlükə yaradacaq. Bu səbəbdən Vaskunlahti qütb şəraitində yanacaq yağından istifadənin tamamilə qadağan olunmasını təklif edib.
Qeyd edək ki, 2019-cu ildə Arktikada son 15 ildə rekord həddə buz sahələrinin əriməsi müşahidə olunub.