Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 22:16
Ukraynanın paytaxtında, Xmelnitski vilayətinin sakini, 5 yaşlı uşağı valideynlərinin gözü qarşısında oğurlamaq istəyib.
Sonxeber.net xəbər verir ki, qadın metro stansiyalarının birində vaqondan düşərkən, qəflətən yanında dayanan usagı da oradan çıxarıb. Uşaq anasının və ətrafdakı insanların köməkliyi ilə oğru qadının əlindən alınıb. Polis 32 yaşlı qadını cinayət yerindən qaçmaq istəyərkən saxlayıb.
Hadisə ilə bağlı araşdırma başladılıb. Ukrayna qanunlarına görə, qadını beş ilə qədər həbs cəzası gözləyir. Cinayətkar sadəcə "uşaqları çox sevdiyi" üçün belə bir addım atdığını söyləyib. (ölkə.az)