Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2019 13:12
UEFA Avropa Liqasının kuboku dünən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub.
Qol.az xəbər verir ki, səfərdə final oyunun səfiri Vəli Qasımovla milli komandamız və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev də iştirak ediblər. Kuboku yaxından görərək onunla şəkil çəkdirmək istəyən kənd sakinləri və futbol azarkeşləri üçün “Qayıdış” parkında şəkil zonası, Q. Qarayevlə avtoqraf sessiyası təşkil olunub.
Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda "Arsenal" və "Çelsi" klubları arasında olacaq.
Yuxarı