Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2020 11:44
Qiymətli daşların hasilatı ilə bağlı təşəbbüslər həm İqtisadiyyat Nazirliyi, həm də Maliyyə Nazirliyi tərəfindən dəstəklənəcək, biz bu sahədə biznesin inkişafı üçün sərfəli şərtlər təqdim etməyə hazırıq.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar" adlı konfransda deyib.
O bildirib ki, bu sahədə fəaliyyət göstərən iri şirkətlər uzun müddət işləyir və hazırda onlar öz fəaliyyətlərində inkişaf edir:
"Biz isə onlara həm hasilatda və məhsulun satışında lazımı şərait yaradırıq. Bugünkü görüşün məqsədi ondan ibarətdir ki, uğurlu fəaliyyət göstərən iş adamları, eləcə də yeni başlayan sahibklarlar öz fəaliyyətinin inkişafı üçün dəstək görsün".