Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2020 13:14
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan Premyer Liqasının 17-ci turunda baş verənlər müzakirə olunub.
Premyer Liqanın 17-ci turunun “Səbail” – “Qəbələ” oyununda qonaq komandanın futbolçusu Fernan Lopez ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Premyer Liqanın 17-ci turunun “Neftçi” – “Keşlə” oyununda “Neftçi” meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Premyer Liqanın 17-cu turunun “Zirə” – “Qarabağ” oyununun 67-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Cavid Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.
Premyer Liqanın XVII turunun “Sumqayıt” – “Sabah” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.