Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 12:14
PSJ-nin hücumçusu Neymar Çempionlar Liqasının 1/8 final mərhələsinin "Borussiya"ya 1:2 hesabı ilə məğlub olduqları ilk oyundan sonra klubu tənqid edib.
Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu formada olmadığı üçün komandanın həkimini günahlandırıb: "Ardıcıl 4 görüşdə oynamamaq çətin idi. Amma seçim mənə aid deyildi. Bu, klubun, həkimlərin qərarıdır. Çox danışdıq. Özümü yaxşı hiss edir, oynamaq istəyirdim, ancaq klub qorxdu. Bu amil çıxışıma təsir etdi".
Neymar Dortmunddakı qarşılaşmaya qədər Fransa çempionatında 3, ölkə kubokunda isə 1 oyunu meydandan kənardan izləmişdi.
PSJ və "Borussiya" arasındakı cavab matçı martın 11-də Parisdə baş tutacaq.