Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 16:10
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "2020-2026-cı illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Milli Strategiya"nın layihəsi hazırlanıb.
Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, layihədə Strategiyanın əsas məqsədi kimi sosial xidmətlərin təşkilati, iqtisadi və hüquqi mexanizmlərinin modernləşdirilməsi əsasında bu xidmətlərin kifayət qədər keyfiyyətli və ehtiyacı olan vətəndaşlar üçün əlçatanlığının artırılması, beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, ünvanlılığının təmin edilməsi qeyd olunur. Strategiyanın əsas vəzifələri sırasına sosial xidmətin göstərilməsi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, sosial xidmət müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, qabaqcıl dünya ölkələrinin təcrübəsinə əsaslanan yeni sosial xidmət modellərinin yaradılması və tətbiqi, müvafiq sahədə kadr potensialının gücləndirilməsi və s. daxildir.
Ötən il nazirliyin saytında ictimai müzakirəyə təqdim edilən layihə ilə bağlı vətəndaş cəmiyyəti institutlarının rəy və təklifləri alınıb. Hazırda aidiyyəti qurumların rəy və təkliflərinin də alınması və layihənin təkmilləşdirilməsi işləri aparılır.