Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 22:42
Beyin, qan, ürək, böyrəklər, qaraciyər, neyronlar, sinirlər, gözlər su ilə fəaliyyət göstərir, normal funksiyaları üçün əsas komponentlərdən biri də sudur.
Əgər orqanizm susuzdursa, o zaman bütünlükdə bədən, beyin, orqanlara neqativ təsir göstərir.
İnsan yalnız susuyanda suya ehtiyacı olduğunu düşünür. Lakin bu belə deyil.
Sonxeber.net medicina.az-a istinadən bədəndə su çatışmazlığından yaranan əlamət və narahatlıqları təqdim edir.
Əgər bu sadalananlardan ən azı 3-4ü sizdə varsa, deməli, dərmanınız sudur. Suyu bir qədər artırın.
1. Ağızda, dildə quruluq - ən açıq aşkar əlamətlərdən biridir.
2. Quru dəri, quru saçlar - dəri bədənin ən nəhəng orqanıdır. O, suyun çox hissəsini götürür.
3. Az tərləyirsiz - Axır vaxtlar az tərləyirsiz, bədən səthindən az su çıxırsa buna sevinməyin. Deməli, su az içirsiz və tərlə bədəndəki toksinlər çıxmır, elə orqanizmdə qalır
4. Gözlərdə sanki qum batma, yanma hissi - qırmızı, quru, yorğun, qızaran, yanan gözlər də su çatışmazlığını göstərir. Susuzluq gözləri məhv edir.
5. Oynaqlarda ağrı - az su içən insan gəzəndə dizləri ağrıyır, əsasən iş görəndə, pilləkən çıxanda ağrı, sanki qırılma hissi, oynaq səsi gəlirsə, deməli qığırdaqlar susuzdur
6. Əzələ kütləsinin azalması, arıqlama - Əzələ toxuması 60% sudan ibarətdir. Əgər siz normal miqdarda onlara su vermirsizsə, əzələ kütləsi yığa bilməyəcəksiz. Ona görə idmandan sonra su içmək çox vacibdir.
7. Tez-tez xəstələnmək və gec bərpa olmaq - qrip, virus xəstəliklərində orqanizm toksinləri çıxarmaq üçün suya ehtiyac duyur. Lazım olan vaxtda su tapmayan orqanizm viruslarla mübarizə apara bilmir. Su az içən insanlar gec sağalır
8. Yorğunluq, halsızlıq - Orqanizmdəki susuzlaşma qanda oksigen azlığı yaradır, beləcə insan oksigen aclığı yaşayaraq, dincələ bilmir, işləyə bilmir, yorğun, enerjisiz olur
9. Həzm problemləri - mədə şirəsi, bağırsaq işi su ilə çalışır. İnsanın ağız boşluğu daim nəm, sulu olmalıdır. Bağırsaq, mədə selikli qişa su ilə çalışır