Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2020 21:52
İnstaqramın qurulduğu gündən bəri niyə bir iPad tətbiqi olmadığı sualına, şirkətin səlahiyyətli nümayəndəsi cavab verib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, İnstaqramın bu siyasətinin səbəbi, kifayət qədər qaynağa sahib olmamasıdır.
iOS modellərindən yalnız iPhone üçün nəzərdə tutulan İnstagram-ın baş direktoru Adam Mosseri qeyd edib ki, platforma üçün bir iPad tətbiqi hazırlansa belə, şirkət üçün o qədər də faydalı olmayacaq.
Feysbuk 2012-ci ildə İnstaqramı 1 milyard dollara aldı və bundan sonra platformanın istifadəçilərinin sayı xeyli artdı.
İlk istifadə edildiyi zaman iPad tətbiqi olmayan platforma Feysbuka satıldıqdan sonra da bu siyasəti davam etdirdi.