Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan erməni əsgərlərin intiharını bazara bənzətdi

Paşinyan erməni əsgərlərin intiharını bazara bənzətdi

Tarix: 21 Fevral 2020 14:20

Ermənistan Ordusunda dinc şəraitdə qeydə alınan hərbçi ölümlərinin səbəbi kriminal submədəniyyətin varlığı ola bilər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan danışıb.

Paşinyan bu mövzuda çox düşündüyünü və ölüm hallarının səbəbləri ilə bağlı bir sıra versiyalarının olduğunu qeyd edib.

"Kriminal submədəniyyətə qarşı mübarizə mənim göstəriş verdiyim miqyasda aparılmadığı üçün iki məsul şəxs tutduqları vəzifədən azad edilib", - Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, ölüm hallarına hərbçilərin maaşlarının artması da səbəb ola bilər:

"Pul vəsaitinin həcmi artanda mübahisələr və "bazarlar" da güclənir".


Etiketlər:  Paşinyan erməni əsgərlərin intiharını bazara bənzətdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ