Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Muğam Mərkəzində Xocalı faciəsinin qurbanlarına həsr olunmuş “Söz” ədəbi layihəsi keçiriləcək

Muğam Mərkəzində Xocalı faciəsinin qurbanlarına həsr olunmuş “Söz” ədəbi layihəsi keçiriləcək

Tarix: 21 Fevral 2020 14:27

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək "Söz" ədəbi layihəsi növbəti tədbiri "Xocalı soyqımı"nın şəhidlərinə həsr olunacaq.

25 fevral saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində reallaşacaq gecədə "Unutmadıq!" adlı bədii proqram təqdim olunacaq. Gecədə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş şeir müsabiqəsinin finalçılarının ifaları və xalq musiqilərindən parçalar səsləndiriləcək.

"Xocalıya ədalət!" "Xalqın gücü birliyində və yaddaşındadır!" şüarı ilə baş tutacaq tədbirə giriş sərbəstdir.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan, gənc istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə həyata keçirilən layihənin rəhbəri şairə Nigar Həsənzadədir.

Milli.Az


Etiketlər:  Muğam Mərkəzində Xocalı faciəsinin qurbanlarına həsr olunmuş Söz ədəbi layihəsi keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ