Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda koronavirusa yoluxanların sayı artıb

İranda koronavirusa yoluxanların sayı artıb

Tarix: 21 Fevral 2020 14:58

İranda bu günədək 13 nəfər yeni koronavirusa (Covid 19) yoluxub.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, bu rəqəm aparılan analizlərin nəticəsində əldə olunub.

Cahanpur əlavə edib ki, virusa yoluxanların əksəriyyəti Qum şəhəri sakinidir və ya son günlərdə bu şəhərə səfər edənlərdir.

Nazirlik rəsmisi qeyd edib ki, 13 nəfərin 7-si Qum şəhəri, 4-ü Tehran, 2-si isə Gilan vilayətindədir.

Cahanpur deyib ki, Ərak şəhərində koronavirus şübhəsi ilə əlaqədar 8 nəfərin bu virusa yoluxmadığı bəlli olub. Ərak şəhərində virusa yoluxan həkimin vəziyyəti ötən günlə müqayisədə yaxşıdır.

Nazirlik rəsmisi ötən günlər ərzində 735 nəfərdən çox şəxsin yeni koronavirus şübhəsi ilə xəstəxanada yatırıldığını deyib.

Qeyd edək ki, 19 fevralda İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi 2 nəfərin yeni koronavirusa yoluxması nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib.


Etiketlər:  İranda koronavirusa yoluxanların sayı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ