Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Samboçumuz erməniyə qalib gəlib, “bürünc” qazandı

Samboçumuz erməniyə qalib gəlib, “bürünc” qazandı

Tarix: 23 May 2019 00:40

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov növbəti mükafatını qazanıb.

Qol.az "Qəbələ"nin saytına istinadən xəbər verir ki, İspaniyanın Xixon şəhərində keçirilən Avropa çempionatına qatılan idmançımız döyüş sambosunda qüvvəsini sınayıb. 82 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar ilk qarşılaşmada ispaniyalı Luis Alteratsı, ardınca Dillon Manninqi məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Bu mərhələdə ukraynalı Vladislav Rudniyevə uduzan samboçumuz bürünc medal uğrunda görüşə çıxıb. Ermənistan samboçusu Davit Petrosyanla qarşılaşmada qalib gələn Abbasov Avropa çempionatının bürünc mükafatçısı olub.

 

 


Etiketlər:  Samboçumuz erməniyə qalib gəlib bürünc qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ