Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kibertəhlükəsizliyin artması üçün özəl sektorun möhkəmlənməsi lazımdır

Kibertəhlükəsizliyin artması üçün özəl sektorun möhkəmlənməsi lazımdır

Tarix: 21 Fevral 2020 17:54

Ölkədə kibertəhlükəsizliyin səviyyəsini artırmaq istəyiriksə, özəl sektorun möhkəmlənməsini təmin etməliyik.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnkişaf şöbəsinin müdiri Rəşad Əzizov deyib.

O bildirib ki, bunun üçün iki istiqamətdə işlər görülməlidir:

"İlk növbədə bu, kibertəhlükəsizlik sahəsində proqram təminatının yaradılması ilə məşğul olan IT şirkətlərin dəstəklənməsidir. İkinci vacib istiqamət startap layihələrə dəstək göstərməkdir".

R.Əzizov əlavə edib ki, hazırda innovasiya mərkəzlərində və agentliklərdə hazır startaplar mövcuddur:

"Əsas problem inkişafın və reallaşdırmanın aşağı sürətidir. Bunun nəticəsi olaraq, bu layihələr digər ölkələr tərəfindən əldə oluna bilər".


Etiketlər:  Kibertəhlükəsizliyin artması üçün özəl sektorun möhkəmlənməsi lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ