Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2020 12:25
Aparıcı və aktyor Azər Aydəmir ad çəkməsə də, həmkarı Mətanət Əliverdiyevanı qadına şiddətlə bağlı ifadələrinə görə tənqid edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, o, bu barədə sosial media hesabında yazıb:
"Kanal niyə reytinq vurğununu, özünəvurğunları niyə işdə saxlayır axı? Məktəblərdəki kimi TV-lərə də psixoloq yerləşdirmək lazımdır ki, aparıcıların psixoloji durumunu hər həftə yoxlasın?".
O, daha sonra M.Əliverdiyevanın uzun illər keçmiş ANS ÇM radiosundakı fəaliyyətini nəzərdə tutaraq "18 il bir otaqda saxlamışdılar, efir üzünə həsrət qoymuşdular bir nəfəri... Qardaş bilirdi də neyləyirdi. Niyə bəyənmirsiz axı?" deyə, bildirib.
Qeyd edək ki, M.Əliverdiyeva proqramına qonaq olan müğənni Manaf Ağayevə "Qadın səni hansı həddə çatdırmalıdır ki, ona əl qaldırasan" sualını ünvanlayıb.
Manaf isə "Belə göründüyümə baxma, o vəziyyətə dözən deyiləm. Bir sözə görə baş kəsərəm. Ailəm məni qəşəng tanıyır ki, bu sözü desə, öldürərəm, asıb-kəsərəm. Bir dəfə təzə evlənəndə xanımıma əl qaldırmışam. Gəldim ki, uşaq ağlayır, onda bir dəfə vurmuşam. Üzr istəmədim. O mənə aid deyil" deyə, aparıcıya cavab verib.
Xatırladaq ki, Tural uzun müddət ATV-də çalışıb. O, hazırda fəaliyyətini İTV-də davam etdirir.