Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib

Tarix: 22 Fevral 2020 16:57

Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Azərbaycan-Bruney dostluq və əməkdaşlıq əlaqələrinin həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusən İƏT və Qoşulmama Hərəkatı çərçivəsində bundan sonra da xalqlarımızın mənafelərinə uyğun inkişaf edəcəyinə və dərinləşəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Həssənal Bolkiaha möhkəm cansağlığı, işlərində uğurlar, Bruney xalqına sülh və rifah diləyib.

Milli.Az


Etiketlər:  Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib


RƏYLƏR