Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2020 18:58
Əfqanıstan Prezidenti Əşrəf Qəni Talibana qarşı əməliyyatların dayandırılması barədə tapşırıq verib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu qərar ABŞ və Taliban arasında sülh prosesinin dəstəklənməsi məqsədiylə qəbul edilib. Qəni bunun uzun müddətli atəşkəsin saxlanması üçün stimul ola biləcəyini söyləyib.
Talibana qarşı əməliyyatlar bir həftəlik dayandırılıb. Əşrəf Qəni Talibanla bağlı qəbul etdiyi qərarın ölkədə fəaliyyət göstərən digər terror təşkilatlarına aid edilmədiyini bildirib.
Qeyd edək ki, ABŞ-la Taliban terror qruplaşması arasında razılaşma fevralın 29-da imzalanacaq.