Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2030-cu ildə bu ölkədə elektromobillərin sayı 30 mini ötə bilər

2030-cu ildə bu ölkədə elektromobillərin sayı 30 mini ötə bilər

Tarix: 23 Fevral 2020 06:30

2030-cu ilədək Latviyada elektromobillərin sayının 36 minə çatacağı gözlənilir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu proqnozla "Nəqliyyat üçün təmiz enerji" konfransında "Latvenergo AS" şirkətinin idarə heyətinin üzvü Kaspars Tsikmaçs çıxış edib.

Onun sözlərinə görə, 2025-ci ildə Latviyada 10 mindən çox elektromobildən istifadə ediləcək.

Yol hərəkəti təhlükəsizliyi idarəsinin məlumatına görə, Latviyada elektromobillərin sayı müqayisədə 49 faiz artıb. Belə ki, ötən ilin əvvəlinə elektromobillərin sayı 442 idisə, cari ilin əvvəlinə onların sayı 658-ə çatıb.


Etiketlər:  2030 ildə ölkədə elektromobillərin sayı mini ötə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ