Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstan İranla hava əlaqəsinə məhdudiyyətlər tətbiq edib

Gürcüstan İranla hava əlaqəsinə məhdudiyyətlər tətbiq edib

Tarix: 24 Fevral 2020 08:10

Gürcüstan İranla hava əlaqəsinə məhdudiyyətlər tətbiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qərar yeni növ koronavirusun yayılma təhlükəsi ilə əlaqədar qəbul edilib.

Bildirilir ki, İrandan Gürcüstana və əks istiqamətdə fiziki şəxlərin gediş-gəlişi məhdudlaşdırılıb.

Aviaşirkətlərə Gürcüstanda turizm məqsədi ilə olan İran vətəndaşlarını ölkələrinə geri aparmaq üçün boş təyyarələr göndərmələrinə icazə verilib. Sərhəddəki nəzarət-buraxılış məntəqələrində də ciddi məhdudiyyətlər tətbiq edilib.

Qeyd edilir ki, Gürcüstan hökuməti vəziyyəti diqqətlə izləyir.

Milli.Az


Etiketlər:  Gürcüstan İranla hava əlaqəsinə məhdudiyyətlər tətbiq edib


RƏYLƏR