Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

O da “El Klassiko”nu buraxacaq

O da “El Klassiko”nu buraxacaq

Tarix: 24 Fevral 2020 15:32

“Real” İspaniya La Liqasının 26-cı turunda “Barselona” ilə oyuna itkilərlə çıxacaq.

Qol.az xəbər verir ki, zədəli Eden Hazardın ardından Rodrigonun da bu vacib görüşü buraxacağı dəqiqləşib.

Braziliyalı yarımmüdafiəçi “Real”ın ikinci komandası olan “Kastilya”nın heyətində 3-cü liqada “San Sebastian Reyes”lə qarşılaşmada qırmızı vərəqə alıb. La Liqanın reqlamentinə əsasən Rodriqo növbəti matçda iştirak etməyəcək.

Qeyd edək ki, “Real” – “Barselona” oyunu martın 1-də keçiriləcək.

 


Etiketlər:  O da El Klassikonu buraxacaq


RƏYLƏR