Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Özümüzü dünyanın ən yaxşı komandası kimi görmürük'' - Klopp

''Özümüzü dünyanın ən yaxşı komandası kimi görmürük'' - Klopp

Tarix: 24 Fevral 2020 20:20

"Dünyanın ən yaxşı komandası deyəndə ağlınıza son illərdəki "Real", "Barselona" və  "Mançester Yunayted" gəlir. Bizim isə çox yaxşı futbolçularımız var və prinsipimiz daim irəliyə getməkdir".

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurqen Klopp İngiltərə Premyer Liqasının 27-ci turunda "Vest Hem"lə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis komandasını dünyanın ən yaxşısı kimi görmədiyini bildirib: "Əlbəttə ki, komanda olaraq çıxışımıza tənqidi cəhətdən yanaşırıq. Çünki kənardakılar sadəcə nəticəyə baxırlar. Özümüzü dünyanın ən yaxşı komandası kimi görmürük. Bizə niyə belə deyirlər, başa düşmürəm. Amma hər halda dünyanın ən pis komandası söyləmələrindən yaxşıdır".

Qeyd edək ki, Çempionlar Liqasının son qalibi hazırda Premyer Liqada 76 xalla liderdir və ən yaxın izləyicisi "Mançester Siti"ni 19 xal qabaqlayır.


Etiketlər:  Özümüzü dünyanın yaxşı komandası kimi görmürük Klopp


RƏYLƏR