Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 21:14
Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, sədr baş nazirdən üzr istəməyi və haqqında səsləndirdiyi böhtan xarakterli fikirlər barədə təkzib verməyi tələb edir.
Qeyd edək ki, Paşinyan Tovmasyanı bir neçə dəfə sərt tənqid edərək, onu əvvəlki rejimin müdafiəçisi adlandırıb.
Fevralın 6-da Ermənistan parlamenti Konstitusiya Məhkəməsi sədrinin və üzvlərinin vaxtından əvvəl istefa vermələri tələbi ilə referendum keçirilməsi barədə qərar qəbul edib. Prezident Armen Sarkisyan də Konstitusiya düzəlişləri ilə bağlı referendumun aprelin 5-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Paşinyan dəfələrlə Tovmasyanın bu vəzifəyə saxta yolla seçildiyini bildirib. Tovmasyan da öz növbəsində siyasi təqibə məruz qaldığını irəli sürüb.