Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 12:00
İkinci uşağı fikirləşirsən?
Sonxeber.net xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) verilişində müğənni Yeganə Mürsəlovaya müraciət edib. Xanım müğənni aparıcının sualına "Qismət" deyə cavab verib.
Tolikin Yeganənin sözünə reaksiyası studiyada gülüşlə qarşılanıb:
"Sən bir buna başla, sonra qismət de. Nə bilirsən qismət omayacaq?! Yeganə, bir qardaşın yanında bir bacının olmağı yaxşıdır".
Müğənni Tolikin sözlərinə cavab olaraq "Təbii ki! Mən lap istəyərdim 3, 4 uşağım olsun. Əgər ona səhhət yol vermirsə, nə edə bilərəm" fadələrini işlədib.
Xatırladaq ki, Yeganə Mürsəlova Fateh adlı Türkiyə vətəndaşı ilə ailəlidir. Cütlüyün Ömər adlı oğlu var.
Məhəmməd Vaqif