Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtaliyada "Messi, Messi" şüarı və.. - Şəkil, Vidio

İtaliyada

Tarix: 25 Fevral 2020 12:04

Çempionlar Liqasının 1/8 finalında bu gecə "Napoli"nin qonağı olacaq "Barselona" İtaliyada böyük izdihamla qarşılanıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, qarşılaşmanı gözləyən neapollu azarkeşlər Kataloniya klubuna əsl italyan qonaqpərvərliyinin nə olduğunu göstərməyə qərar veriblər. Onlar komandanın üzvlərinin qaldığı oteli mühasirəyə alıblar və "Messi, Messi" söyləyiblər. Azarkeşlərdən biri Lionel Messi yazılı pizza da hazırlayıb.

Komanda avtobusla axşam məşqə gedən zaman isə azarkeşlərin sayı daha da artıb.




 


Etiketlər:  İtaliyada Messi Messi şüarı Şəkil Vidio


RƏYLƏR