Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti: “Oğluma qohum qız almaq istəyirdim, amma…” - FOTO

Xalq artisti: “Oğluma qohum qız almaq istəyirdim, amma…” - FOTO

Tarix: 25 Fevral 2020 13:48

Xalq artisti, tanınmış aktrisa Həmidə Ömərova qayınana olmaq arzusundan danışıb.

Sonxeber.net bildirir ki, yenicag.az-a açıqlama verən aktrisa yeganə övladı Rəhimi qohum qızla evləndirmək istədiyini, lakin oğlunun ona qarşı çıxdığını bildirib:

"İndiki gənclərə söz dedikcə, əksini edirlər. Oğlum da belədir, valideyn təzyiqini qəbul etmir. Deyirəm evlən, deyir ki, evlənmirəm. Buna görə də son vaxtlar onu boş buraxmışam ki, bəlkə insafa gələ. İstəyirdim qohum qızla evləndirim, oğlum istəmədi. Amma indi oğlum kimi sevsə, qəbul etsə, gəlinim olacaq, təki evlənsin. Onun zövqünü də bilirəm".

Aktrisa oğlunu evləndirdikdən sonra, ayrı yaşayacaqlarını da deyib:

"İstəməzdim bir evdə yaşayaq. Aralarında konflikt olsa, istəmirəm ki, ata-ananın müdaxiləsi olsun. Özləri həll etsinlər. Təbii ki, valideynin də nəzarəti olmalıdır".


Etiketlər:  Xalq artisti Oğluma qohum qız almaq istəyirdim amma FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ