Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus azərbaycanlı milyarderi də ''vurdu''

Koronavirus azərbaycanlı milyarderi də ''vurdu''

Tarix: 25 Fevral 2020 15:56

Koronavirusa görə dünyanın ən zəngin insanları 139 milyard dollar itiriblər.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Blumberq" agentliyi yayıb. Ən zəngin insanların bu qədər vəsaiti 2016-cı ilin oktyabrından bu yana ilk dəfə itirdiyi vurğulanıb.

Fond indeksindəki geriləməyə görə "Amazon" rəhbəri Cef Bezos 4,8 milyard dollar itirib. Eyni miqdar itki ilə Bernar Arno da üzləşib. İtki ilə üzləşənlər arasında "Zara" rəhbəri Amansio Orteqi (4 milyard dollar), Mark Zukerberq (3,48 milyard dollar), Larri Peyc (2,7 milyard dollar) də yer alıb.

Siyahıda Vahid Ələkbərov da var. O, fond indekslərinin düşməsi ucbatından 1,21 milyard dollar itirib.


Etiketlər:  Koronavirus azərbaycanlı milyarderi vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ