Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 20:02
Avropanın milli futbol liqalarında ən az qol buraxan komandaların siyahısı açıqlanıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, siyahıda Azərbaycan çempionu "Qarabağ" da yer alıb. Qitənin ən az qol buraxan 4-cü komandası məhz Ağdam təmsilçisidir.
Qurban Qurbanovun komandası bu mövsüm ölkə çempionatında 18 turda cəmi 7 qol buraxıb. Komanda hər oyunda orta hesabla 0,39 qol buraxıb
Siyahıya Çexiyanın "Slaviya" klubu başçılıq edir. Təl-Əviv "Makkabi"si 2-ci, Yunanıstan "Olimpiakos"u 3-cüdür.
Avropa liqalarında ən az qol buraxan 5 komanda
1. "Slaviya" (Çexiya) - 0,23 (5/22)
2. "Makkabi" (Təl-Əviv, İsrail) - 0,28 (7/25)
3. "Olimpiakos" (Yunanıstan) - 0,36 (9/25)
4. "Qarabağ" (Azərbaycan) - 0,39 (7/18)
5. "Ludoqorets" (Bolqarıstan) - 0,41 (9/22)