Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 14 seçki məntəqələrində nəticələr ləğv edildi

Daha 14 seçki məntəqələrində nəticələr ləğv edildi

Tarix: 25 Fevral 2020 20:30

Mərkəzi Seçki Komissiyasının (MSK) iclaslarından əlavə bir sıra seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, MSK-nın bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova bildirib ki, təqdim edilmiş protokollarım və buna əlavə edilmiş seçki sənədlərinin yoxlanılması zamanı bir sıra seçki dairələri üzrə seçki məntəqələrində qanun pozuntuları müəyyən edilib. Onun sözlərinə görə, 11 saylı Qaradağ Seçki dairəsinin 5 saylı, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsinin 12, 19, 45 və 61 saylı, 91 saylı Ucar Seçki Dairəsinin 8, 13 və 20 saylı, 101 Göygöl-Daşkəsən Seçki Dairəsinin 3, 6, 24, 32 və 42 saylı, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsinin 66 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etməyən hallar aşkarlanıb. Həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılıb.


Etiketlər:  Daha seçki məntəqələrində nəticələr ləğv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ